Karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, K.Zeynallının barəsindəki inzibati həbs müddəti başa çatıb və azadlığa buraxılıb.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi mayın 12-də K.Zeynallıya 10 sutka müddətinə inzibati həbs cəzası verib.

O, karantin qaydalarını pozaraq SMS icazə almadan evdən çıxdığına görə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cəzalandırılıb.