Leqal.Info

SON DƏQİQƏ

14:15 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2 milyon manat dəyərində avadanlıq alır

14:04 - Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə - dəstək olmağa çağırıblar

13:56 - Bakı məktəbliləri erməni idmançılara qalib gələrək qızıl medal qazanıblar - FOTOLAR

13:46 - Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı - ölkəyə qaytarılıb

16:46 - Bakı xəstəxanasında yeniyetmə qız doğuş etdi - Şok

16:18 - Araz Ağalarov ilk dəfə Rusiyada “Sports World 2020” idman sərgisi təşkil edəcək

16:06 - Ötən ay nöqsanlara yol verən 1 nəfərə yazılı xəbərdarlıq, 7 nəfərə isə töhmət verilib - Təhsil nazirliyi

17:46 - Məişətdə maye qazdan istifadə edənlərin nəzərinə - Qiymət dəyişməyəcək

17:31 - Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin - tapşırığı ilə geri qaytarıldı

17:22 - Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə - boya töküb

17:09 - Zahid Oruc Əli Əsədova - çağırış edib

17:00 - "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək" - Sahil Babayev

15:45 - "Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" - Allahşükür Paşazadə

21:50 - "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyib" - Dövlət başçısı

21:39 - Prezident İlham Əliyev Şirvan, Zərdab, Suraxanı, Yasamal və Xətaiyə yeni təyin olunan icra başçılarını qəbul edib

Benzinin qiymətinin artmasının 7 SƏBƏBİ

Benzinin qiymətinin artmasının 7 SƏBƏBİ
15-07-2017, 22:59 240 dəfə baxılıb

Bundan əvvəl Azərbaycanda avtomobil benzinin qiymətləri 2013-cü il dekabrın əvvəlində orta hesabla 30% artmışdı.


Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Leqal.info Unikal.org-a xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən, Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib.

Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib.

Bəs Tarif Şurası hansı səbəblərdən benzin qiymətinin artımına qərar verib?

- ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması;

- ekoloji mühitin yaxşılaşdırılması;

- artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi;

- neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi;

- ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər;

- artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması;

- benzin ixracından xarici valyuta gəlirlərinin azalması.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI