Leqal.Info

SON DƏQİQƏ

Qubada üç gün meşədə qaldıqdan sonra tapılan uşaq xəstəxanaya yerləşdirilib

Qubada üç gün meşədə qaldıqdan sonra tapılan uşaq xəstəxanaya yerləşdirilib
30-08-2017, 12:22 247 dəfə baxılıb

Quba rayonunda meşə massivində avqustun 28-də itkin düşən və bu gün səhər tapılan uşağın səhhəti normaldır.

APA-nın şimal bürosunun məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

“Üç gün ərzində ac və susuz qaldığı üçün müəyyən problemlərin olma ehtimalı nəzərə alınaraq, müvafiq müayinələr həyata keçirilib. Uşağın huşu yerindədir”, - deyə xəstəxanadan bildirilib.

Leqal.info


www.leqal.info

Teqlər: Qubada üç gün meşədə qaldıqdan sonra tapılan uşaq xəstəxanaya yerləşdirilib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI