Leqal.Info

SON DƏQİQƏ

Prokuror reket baş redaktora - 6 il 6 ay cəza istəyib

Prokuror reket baş redaktora
7-06-2019, 12:25 68 053 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Leqal.info"nun xəbərinə görə, iclasa sədrlik edən hakim Əliövsəd Abasov bildirib ki, cinayət işi üzrə zərərçəkən şəxslərdən Bəxtiyar Həsənov dindirilməyib. O qeyd edib ki, həmin şəxs məhkəməyə teleqram vuraraq ürək əməliyyatı keçirdiyini deyib.

Zərərçəkən şəxs istintaqa ifadəsini təsdiq edib və İkram Rəhimovla bağlı heç bir şikayət və tələbinin olmadığını deyib.

Təqsirləndirilən şəxs və vəkil Elçin Sadıqov zərərçəkən Bəxtiyar Həsənovun məhkəməyə gətirilməsini tələb etsə də, hakim müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Prosesdə məhkəmə istintaqının başa çatması ilə bağlı qərar qəbul edilib.

Prokuror çıxış edərək İkram Rəhimovun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkil Elçin Sadıqov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 6 zərərçəkmiş var.


www.leqal.info

Teqlər: Bakı Ağır Cinayətlər Məhkəməsi, İkram Rəhimov, reallıq.info

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI