Leqal.Info

SON DƏQİQƏ

Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı - açıqlama yayıb

Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı
14-07-2019, 15:07 22 927 dəfə baxılıb

Bu gün saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

“Leqal.info” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan xəstəxanaya yerləşdirilən 2 şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır.
Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı


www.leqal.info

Teqlər: Dövlət Turizm Agentliyi, Şəki Xan Sarayı, 500 yaşlı çinar

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI