Maliyyə Bazarlarına Nəzarət Palatası "Fayton LTD" şirkətini cərimələyib.

"Leqal.info"nun xəbərinə görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

Şirkətin cərimələnməsi barədə Səbail rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarından “Fayton LTD” MMC tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Titan Group"a aid olan "Fayton LTD" mətbəx, soyuducu və market avadnalıqları istehsalı ilə məşğuldir.