Meksikanın paytaxtı Mexikoda qadınlar arasına futbol çempionatının matçı zamanı iki futbolçu ildırım vurması nəticəsində ölüb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, daha 3 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, matç şiddətli yağışla əlaqədar dayandırılıb və furbolçular soyunub-geyinmə otağına yollanıb. Amma bir neçə futbolçu meydanda qalan topları götürmək üçün geri qayıdıb və bu zaman onları ildırım vurub.