Leqal.Info

SON DƏQİQƏ

Bu il Azərbaycanda ən çox tütün - harda əkilib?

Bu il Azərbaycanda ən çox tütün
7-10-2019, 15:07 48 999 dəfə baxılıb

Respublikada çəltik, tütün və şəkər çuğunduru yığımı davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, oktyabrın 7-dək ölkə üzrə 7734,7 ton çəltik yığılıb. Bu il 504 istehsalçı tərəfindən 4038 hektar sahədə çəltik əkilib, bu günədək 2586 hektar sahədə biçin aparılıb. Çəltik sahələrində orta məhsuldarlıq 30 sentner təşkil edir.

Azərbaycanın 14 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün yarpaqlarının yığımı da davam edir. Fermerlər tərəfindən qəbul məntəqələrinə 3285 ton quru tütün təhvil verilib. Bu il ən çox tütün Şəki ərazisində əkilib. Rayon üzrə 1061 hektar sahədə tütün becərilib.

2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə 7345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5693 hektarı sadə suvarmalı, 1652 hektarı isə Pivot suvarma sistemi altında olan sahələrdir. Bu günədək fermerlər tərəfindən 72584,8 ton şəkər çuğunduru yığılaraq təhvil verilib. Bu il şəkər çuğunduru ən çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha) və Füzuli (553 ha) rayonları ərazisində əkilib.


www.leqal.info

Teqlər: çəltik, tütün, şəkər çuğunduru, Kənd Təsərrüfatı Nazirliyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI