Leqal.Info

SON DƏQİQƏ

Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq - Mikayıl Cabbarov

Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq
22-11-2019, 19:10 69 685 dəfə baxılıb

Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq.

Leqal.info-nun məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib.

Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiyanın Baş naziri Dmitri Medvedev arasındakı görüş zamanı innovasiya və texnologiyalar sahəsini əhatə edəcək yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub:

“Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindən biri energetikadır. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda uğurla işləyir. “Şimal-Cənub” beynəlxalq dəhlizinin yaradılması üçün işlər aparılır. Biz bu dəhlizin inkişafı üçün böyük səy göstəririk. Eyni zamanda “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi uğurla işləyir. Azərbaycanda nəqliyyat, dəmiryol sisteminin inkişafına böyük həcmdə investisiyalar qoyulur”.


www.leqal.info

Teqlər: Mikayıl Cabbarov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI