Bugünlərdə ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının bir qismində zərərverici həşəratın aşkar edilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatların hardan yayıldığı hələlik dəqiq bilinmir.dövlət fitosanitar nəzarəti xidmətindən isə vəziyyətin nəzarətdə olduğu qeyd edilib.lakin sərhəd keçid məntəqələrində nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanır.

Azərbaycandan Rusiyaya ixrac edilən məhsullarda zərərvercilərin olması ilə bağlı yayılan məlumatların hec bir əsası yoxdur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar nəzarəti xidmətinin rəisi Camal Quliyev bildirib ki, təhlükəli viruslar yayılan zaman dövlətlərarası məlumatlandırma proseduru fərqli şəkildə həyata keçirilir.

Camal Quliyevin sözlərinə görə mərmər bağacığının azərbaycanda yayılması müşahidə edilmir.Çünki bununla bağlı davamlı olaraq monitorinqlər aparılır. Bu zərərverici həşərat azərbaycanda yayılması üçün geniş imkanlar yoxdur.Üstəlik Azərbaycandan 70 ölkəyə məhsul ixracı həyata keçirilir. Qlobal rəqabətə tab gətirmək üçün ixrac məhsullarının bütün standartlara uyğun olmasına nəzarət edilir.

Xidmət rəisi qeyd edir ki, sərhəd keçid məntəqələrində də nəzarət gücləndirilməlidir. Çünki bu zərərvericilər asanlıqla ölkəmizə digər yerlərdən daxil ola bilər.

Qeyd edək ki bir müddət əvvəl bir sıra aqrar məhsullarda, xüsusilə göyərtidə təhlükəli ziyanvericilərin olması ilə bağlı məlumatlar yayılıb.
© xezerxeber.az

VİDEO