Leqal.Info

SON DƏQİQƏ

Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq - Rövnəq Abdullayev

Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq
18-07-2018, 18:30 92 772 dəfə baxılıb

Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışı zamanı deyib.

R.Abdullayev qeyd edib ki, SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və “SOCAR Polymer” zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Bbu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək.

Şirkət rəhbəri bildirib ki, tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb. İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq: “Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq”.

Onun sözlərinə görə, “SOCAR-Polymer” zavodunun inşası ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib: “Mən yerli tərəfdaşlarımızın əməyini qeyd etmək və layihənin səmərəliliyinə inanmış Rusiyanın “Qazprombank”ının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Layihənin uğurla başa çatdırılması münasibətilə onları təbrik edirəm.

Mən bu gün italiyalı tərəfdaşımıza - layihənin baş podratçısı olan “Maire Tecnimont” şirkətinə, sahə podratçısı olan Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor” şirkətinə layihənin idarə edilməsində bizə dəstək verdiklərinə görə xüsusi təşəkkür etmək istəyirəm. “Maire Tecnimont” həyata keçirdiyimiz birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək peşəkarlıq və işgüzarlığı nəzərə alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı həvalə olunub. “SOCAR-Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı - İtaliya şirkəti “Technip İtaly”dir. Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək”.


www.leqal.info

Teqlər: Rövnəq Abdullayev: Yeni açılan polipropilen zavodunda 500 nəfər daimi işlə təmin olunacaq

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI