Leqal.Info

SON DƏQİQƏ

Pirallahı Sənaye Parkı əczaçılıq preparatları istehsalının mərkəzinə çevrilə bilər - ÖZƏL

Pirallahı Sənaye Parkı əczaçılıq preparatları istehsalının mərkəzinə çevrilə bilər
15-12-2018, 16:04 39 511 dəfə baxılıb

Azərbaycanın Pirallahı Sənaye Parkı əczaçılıq preparatlarının yerli istehsalı üzrə mühüm mərkəz ola bilər.

Bunu Trend-ə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib.

O bildirib ki, Almaniyanın əczaçılıq şirkəti bu sektorda maraqlıdır və 2019-2020-ci illərdə Azərbaycan bazarına çıxmaq imkanlarını öyrənir, bazarı müşahidə edir.

T.Baumann vurğulayıb ki, Almaniya İsveçrə və Türkiyə ilə birgə dünyada dərman preparatlarının mühüm tədarükçü ölkələrindən hesab olunur.

Qeyd edək ki, cari ildə Azərbaycanda 1,3 milyon manat dəyərində əczaçılıq məhsullarının istehsalı planlaşdırılır. Növbəti illərdə bu məhsulların istehsalı genişləndiriləcək. Belə ki, 2020-ci ildə istehsal həcmi 38,8 milyon manata, 2021-ci ildə 39,5 milyon, 2022-ci ildə isə 40,2 milyon manata çatdırılıcaq. Bu artım Pirallahı Sənaye Parkında qarşıdakı illərdə əczaçılıq müəssisələrinin fəaliyyətə başlayacağı ilə əlaqədardır.

2016-cı ildə yaradılmış park məhz əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşdırılır. Burada digər sənaye parklarında olduğu kimi, investorlar 7 il müddətinə müxtəlif vergi və gömrük rüsumlarından azad edilib.

Hazırda Pirallahı Sənaye Parkında 4 rezident fəaliyyət göstərir – Azərbaycan-Rusiya birgə zavodu "Hayat Pharm", Azərbaycan-İran zavodu "Caspian Pharmed", "Diamed Co" və IFFA şirkətlərinin zavodları. Bu müəssisələrin tikintisi davam edir.


www.leqal.info

Teqlər: Pirallahı Sənaye Parkı, Əczaçılıq

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI