Leqal.Info

SON DƏQİQƏ

Daha 18 azərbaycanlı sahibkar və menecer Almaniyaya ixtisasartırma kursuna göndərilib

Daha 18 azərbaycanlı sahibkar və menecer Almaniyaya ixtisasartırma kursuna göndərilib
11-06-2019, 15:02 66 168 dəfə baxılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrup təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya səfər edib.

KOBİA-dan “Leqal.info”ya verilən məlumata görə, turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun - 6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” tədris mərkəzində təlim, müvafiq sahələrdə fəaliyyət göstərən alman müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Təlim müddətində sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.

Xatırladaq ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində bu ilin 25 mart – 19 aprel tarixlərində aqrar sahədə fəaliyyət göstərən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib. Proqramın icra olunduğu 2009-cu ildən indiyədək isə 400-dən çox sahibkar və menecer Almaniyada təlim və təcrübə keçib.


www.leqal.info

Teqlər: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI