Gəncədə yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyən şəxsə 3 ədəd saxta 100 manatlıq əskinas verərək benzin alıblar.

"Leqal.info"nun məlumatına görə, bununla bağlı şəhərin Nizami Gəncəvi prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operator vəzifəsində çalışan Rauf Ramiz oğlu Abbasov polisə ərizə ilə müraciət edib.

O, bildirib ki, oktyabrın 19-da gecə saat 1 radələrində məntəqəyə avtomobillə gələn naməlum şəxs ona yanacaq doldurması üçün 300 manat pul verib. Məntəqənin işçiləri əvvəlcə pulun saxta olduğunu müəyyən etməsələr də, sonradan əskinasın saxtalığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.