Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Nizami küçəsində iki avtomobilin toqquşması sərnişinlərin ağır xəsarət alması ilə nəticələnib.

Leqal.info xəbər verir ki, xəsarət alanlardan biri Baş prokurorun birinci müavini Rüstəm Usubovun bacısıdır.

Hazırda Gəncədəki Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.