Leqal.Info

SON DƏQİQƏ

“Antalya Mehman” ləqəbli qadın alverçisinin məhkəməsinin - vaxtı açıqlanıb

“Antalya Mehman” ləqəbli qadın alverçisinin məhkəməsinin
27-04-2019, 11:05 48 356 dəfə baxılıb

Bakıda qadınları fahişəliyə cəlb etmədə təqsirləndirilən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində keçiriləcək iclas mayın 22-nə təyin edilib.

Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.

Qeyd edək ki, bu ilin yanvarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü G.Murtuzova prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Araşdırmalar nəticəsində G.Murtuzovanın işində yeni hallar üzə çıxıb.

Belə ki, onun administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə M.Həsənov və B.Qəhrəmanovun rəhbərlik etdiyi məlum olub.

Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işində 10 zərərçəkmiş var.

Xatırladaraq ki, M.Həsənov “Antalya Mehman” ləqəbi ilə tanınır.


www.leqal.info

Teqlər: Antalya Mehman, məhkəmə

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI