Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib - FOTO

DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib
30-03-2019, 16:00 51 284 dəfə baxılıb

Bakı Bələdiyyə Teatrının yaradıcısı, xalq artisti mərhum Amaliya Pənahovanın ideya müəllifi olduğu “Şanlı vətən” tamaşası nümayiş olunub.

Leqal.info “Report”a istinadən xəbər verir ki, səhnə əsəri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim etdirilib.

“Şanlı vətən” tamaşası Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-daşnaq işğalından azad etməsindən, AXC parlamentinin 100 illik yubileylərindən, həmçinin təməli ümummilli lider Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş “Dostluq körpüsü”nün Azərbaycan və Türkiyənin hazırkı prezidentləri tərəfindən uğurla davam etdirilməsindən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

M.Fərzəlibəyov “Report”a açıqlamasında bildirib ki, tamaşa AXC-nin 100 illiyinə həsr olunub: “Amaliya xanım sağlığında məni yanına çağırıb dedi ki, belə bir pyesin tamaşaya qoyulmasını istəyirəm. Biz də onun təklifi əsasında bu tamaşanı səhnələşdirdik. Tamaşa bizim şanlı tariximizdən bəhs olunur. Ümid edirəm ki, bu tamaşaya baxanlar Azərbaycanın tarixi keçmişi haqqında bəzi məlumatlara yiyələnəcəklər”.

Tamaşanın müəllifi Çingiz Ələsgərli “Report”a deyib ki, Amaliya Pənahova ideya müəllifi olduğu “Şanlı vətən” tamaşasını izləyə bilməyib: “Amaliya Pənahova bu pyesin ilk tamaşasında iştirak etmək istəsə də, təəssüflər olsun ki, dünyasını dəyişdi. O, bu tamaşanın bütün məşqlərində müntəzəm iştirak edirdi. Hətta ilk tamaşanı telefon vasitəsilə də izləyib. Tamaşada 5 qız və 5 oğlan aparıcılar var. Onlar aparıcılıqla yanaşı, tamaşada rol alan obrazları da oynayırlar”.

Tamaşada Əhməd Cavad, Şükrüyyə, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Nəsib bəy Yusifbəyli, Süleyman bəy, Nuru Paşa, Nəriman Nərimanov və Şəfiqə xanım obrazlarında müxtəlif çıxışlar nümayiş olunub.
DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib
DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib
DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib
DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş etdirilib


www.leqal.info

Teqlər: DTX, Mədəniyyət Mərkəzi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI