“Yaş özünü göstərir. “Babək” filmində atdan yıxılmışdım. O vaxt hiss etmirdim, indi isə problemlər yaradır. Belimdə yırtıq var, əziyyət çəkirəm. İnsan var ki, atdan yıxılır, dünyasını dəyişir. Tacik dostum var idi, çəkilişdə at sürümüşdü, başı divara dəyib ölmüşdü”.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “X maqazin”ə səhhəti barədə danışarkən bildirib. Kino ulduzu 8 kq arıqladığını da vurğulayıb:

“İnsanlar var ki, yeməklərini vaxtı vaxtında yeyir. Məndə isə fərqlidir. Bu da ziyanımadır. Mədəmdə də problem yaranır. 84 kq idim, 76 oldum, 8 kilo arıqlamışam. Bir az şəkərim var. İştahsızlıq yaranır, insan qocaldıqca da yığılır. Şükür ki, qulluq edənim var. Arzu edirəm ki, ölənədək kiminsə köməyinə ehtiyacım olmasın. Yəni, özüm özümü idarə edim. Heç kəs heç kimdən asılı olmasın. Ölüm haqdır, hamı bununla görüşməlidir”.