22 iyul - Milli Mətbuat günü münasibəti ilə “ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil edilərək onların kollektivləri təbrik edilib.

Trend-in məlumatına görə, ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak edib.

Gənclərin böyük marağına səbəb olan görüşlər zamanı “ASAN Radio”nun direktoru Emin Musavi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun iştirakı ilə çay süfrəsi ətrafında səmimi söhbət olub.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hər iki qurumun kollektivini 22 iyul - Milli Mətbuat günü münasibəti ilə təbrik edib, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıb.

Hər iki mətbuat orqanında kollektivin və gənclərin iştirakı ilə rəmzi tort kəsilib.
Milli Mətbuat günü münasibəti ilə “ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil edilib