Leqal.Info

SON DƏQİQƏ

Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır

Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır
11-10-2019, 12:22 42 468 dəfə baxılıb

Baş Prokurorluq seçki proseduru ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

Belə şikayətlərin olmasını təbii hal sayan R.Usubovun sözlərinə görə, bələdiyyə seçkilərində hər bir kəs aktiv iştirak etməlidir: "İnanıram ki, bu seçkiləri də yüksək səviyyədə keçirəcəyik. Azərbaycan siyasi sistemində yerli özünüidarəetməyə xüsusi yer ayrılır. Qanunvericilikdə bələdiyyələrin vəzifələri, onların cəmiyyətdəki rolu müəyyən edilib. Bələdiyyələr bütün sahələrdə lazımi qurum olduğunu təsdiq edə biliblər".


www.leqal.info

Teqlər: Baş prokurorluq, Mərkəzi Seçki Komissiyası

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI