Leqal.Info

SON DƏQİQƏ

"Arzularımızın reallaşmasını seçici müəyyənləşdirəcək" - Siyavuş Novruzov

2-12-2019, 13:37 39 715 dəfə baxılıb

“Burada həmkarlarım arzu və istəklərini bildirirlər. Bir şeyi xatırlatmaq istəyirəm ki, deputatları seçici seçir. Seçici növbəti seçkilərdə kimi parlamentdə görmək istəsə, onu da seçəcək”.

“Leqal.info” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, deputatlar ancaq arzu və istəkləri bildirə bilərlər:

“Namizəd kreativ olsun, xarici dil bilsin, müasir olsun və s. Bu, ancaq bizim arzumuz ola bilər. Arzularımızın reallaşmasını isə seçici müəyyənləşdirəcək. Son zamanlar mətbuatda, televiziyada da istiqaməti dəyişməyə çalışırlar. Ona görə də istiqaməti düz götürək və bunu da insanlara düz izah edək. Ən son sözü təbii ki, seçici deyəcək”.

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib: “İnanmıram ki, kimsə belə arzu etsin”.


www.leqal.info

Teqlər: Siyavuş Novruzov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI