Leqal.Info

SON DƏQİQƏ

18:29 - Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanıldı

17:37 - Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edildi - “E-Təbib”-dən AÇIQLAMA

17:07 - BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

14:10 - Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürüldü

21:51 - Qurban bayramında ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür - Türkiyənin Səhiyyə naziri

21:43 - Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır - Qənirə Paşayeva

21:24 - ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq - Donald Tramp

21:14 - Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başlayıb

21:03 - Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü - RƏSMİ

19:30 - Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi - FOTO

19:18 - Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanılıb

19:04 - Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanıldı

18:35 - Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəldi - RƏSMİ

15:55 - Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələndi - FOTO

15:00 - Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edilib - FOTOLAR

Prezident yeni icra başçılarına tapşırıqlar verdi

Prezident yeni icra başçılarına tapşırıqlar verdi
4-12-2019, 17:15 53 988 dəfə baxılıb

"Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, əvvəlki illərdə də böyük təcrübə toplayıb. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcək.

Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında, indiyə qədər isə Xəzər rayonunda icra hakimiyyəti başçısının müavini kimi işləyib. Yəni, bugünkü təyinatlar da mənim dediyim sözlərin təsdiqidir".

“Leqal.info” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

"Təcrübə və gənclərin novatorluğu – bax bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm iqtidar komandasında, bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, təcrübəsi və hazırlığı, eyni zamanda gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meylliliyi, bax bu prinpislərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcək.

Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin. İşsizliklə bağlı olan problemlər öz həllini tapsın. Vətəndaşlarla siz daim təmasda olmalısınız. Bütün mövcud olan problemləri ilk növbədə çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır.

Təbii ki, problemlərin bir hissəsi mərkəzi icra orqanlarının səlahiyyətindədir və belə olan halda mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız və eyni zamanda Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları siz özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə də, vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır. Bu sizin iş qrafikinizdə əsas prioritet məsələ kimi olmalıdır", - Prezident deyib.


www.leqal.info

Teqlər: Prezident İlham Əliyev, yeni icra başçılarına tapşırıqlar verdi, Rüstəm Xəlilov, Hacıqabul rayonu, Vüqar Novruzov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI