"Leqal.info" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb: "4 nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var".
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 447 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb.