“Leqal.info” xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.
O deyib ki, bu günə qədər 1623 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Bu, əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir".
MSK rəsmisinin sözlərinə görə, Azərbaycanda güclü siyasi iradə mövcuddur və seçki prosesində iştirak etmək istəyən passiv seçki hüququ subyektləri bu mühitdən kifayət qədər yararlanmaq arzusundadırlar.
“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İnanıram ki, seçki prosesinin əsas mərhələsi olan səsvermə də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacaq”, - Qabil Orucov vurğulayıb.