Leqal.Info

SON DƏQİQƏ

Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi
16-05-2020, 15:25 31 347 dəfə baxılıb

Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Leqal.info" xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1991-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI