Leqal.Info

SON DƏQİQƏ

17:00 - "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək" - Sahil Babayev

17:46 - Məişətdə maye qazdan istifadə edənlərin nəzərinə - Qiymət dəyişməyəcək

17:31 - Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin - tapşırığı ilə geri qaytarıldı

17:22 - Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə - boya töküb

17:09 - Zahid Oruc Əli Əsədova - çağırış edib

15:45 - "Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" - Allahşükür Paşazadə

21:50 - "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyib" - Dövlət başçısı

21:39 - Prezident İlham Əliyev Şirvan, Zərdab, Suraxanı, Yasamal və Xətaiyə yeni təyin olunan icra başçılarını qəbul edib

17:51 - "Özünü müxalifət adlandıran antimilli və rəzil olmuş qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz" - Prezident İlham Əliyev

17:38 - "30-dan çox xarici vətəndaşın silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb" - DTX Rəisi

17:26 - Prezident İlham Əliyev Zərdab rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

17:11 - Prezident İlham Əliyev Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin etdi - SƏRƏNCAM

16:52 - Prezident İlham Əliyev Suraxanı rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

15:07 - Prezident İlham Əliyev Xətai rayonuna icra başçısı təyin etdi - SƏRƏNCAM

14:35 - Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

ISESCO: Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir

ISESCO: Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir
26-08-2017, 15:10 198 dəfə baxılıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir. Bunu Trend-ə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O qeyd edib ki, Mehriban Əliyeva dövlətçilik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fonduna rəhbərlik etməklə böyük ictimai işlər görür:

“Fondun xətti ilə elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrini əhatə edən bir çox layihələr həyata keçirilib. Bu çoxşaxəli fəaliyyət onu göstərir ki, Mehriban xanım Əliyeva öz ölkəsinin, xalqının və onun inkişafının qayğısına qalır. Şübhəsiz ki, o, bacarıqlı dövlət xadimi və görkəmli şəxsiyyətdir”.

Əl-Tüveycri, həmçinin IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyevanın bu yarışların Bakıda keçirilməsində rolunun diqqətəlayiq olduğunu qeyd edib:

“Oyunların yüksək səviyyədə təşkili sayəsində bu idman tədbiri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən gənc iştirakçıları bir araya gətirmək və ədalətli rəqabəti təmin etmək mümkün oldu. Bu da, öz növbəsində, müsəlman ölkələrinin həmrəyliyinin bariz nümunəsi idi. Bu tədbir Azərbaycanın sülh, tolerantlıq, şəffaflıq platforması kimi vacib rolunun daha bir nümunəsi oldu”.

Leqal.info


www.leqal.info

Teqlər: ISESCO: Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

12-11-2019
BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI