Leqal.Info

SON DƏQİQƏ

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
20-03-2019, 17:48 77 833 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


www.leqal.info

Teqlər: Prezident İlham Əliyev, Kasım-Jomart Tokayev

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI