Cari ilin 23 mart tarixindən Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkşdaları həssas təbəqədən olan ailələrə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin fəaliyyəti haqqında məlumatları təqdim edirlər.

Bu barədən Komitədən "Leqal.info"ya rəsmi məlumat daxil olub.

Həmçinin Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlarla tətbiq olunan preventiv və müdafiə xarakterli sosial izolyasiya tədbirlərinin mahiyyəti və yerinə yetirilməsinin vacibliyi onlara izah olunur.

Dövlət Komitəsinin #Evdəqal kampaniyasına qoşulmasının əsas məqsədi «Sağlam Ailə = Sağlam Gələcək» devizi altında Azərbaycan hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən sosial izolyasiya qaydalarına əməl edilməsinə töhfə verməkdir.
Dövlət Komitəsi Evdəqal kampaniyası çərçivəsində həssas insanlar üçün məlumatlandırma aksiyası keçirir