Leqal.Info

SON DƏQİQƏ

Yanğın hadisəsi baş verib

Yanğın hadisəsi baş verib
1-07-2018, 15:35 131 883 dəfə baxılıb

İyulun 1-də saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və FHN-nin Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.


www.leqal.info

Teqlər: Yanğın hadisəsi baş verib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI