Leqal.Info

SON DƏQİQƏ

Muxtar Babayev Beyləqanda vətəndaş qəbulu keçirib

Muxtar Babayev Beyləqanda vətəndaş qəbulu keçirib
15-02-2019, 13:25 55 524 dəfə baxılıb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beyləqan rayonunda vətəndaş qəbulu keçirib.

Leqal.info bildirir ki, Nazirlikdən "Report"a verilən məlumata görə, Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Beyləqan, İmişli, Zərdab, Fizuli, Xocavənd, Laçın, Ağcabədi, Ağdam və Bərdə rayonlarının sakinləri iştirak ediblər.

Nazir Muxtar Babayev və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


www.leqal.info

Teqlər: Muxtar Babayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI