Leqal.Info

SON DƏQİQƏ

"Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir" - İradə İbrahimova

14-05-2019, 16:12 46 363 dəfə baxılıb

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışırıq".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, Nazirlik hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara qarşı durub və duracaq: "Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə, bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır".

"Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Bu ittihamlar heç bir məntiqə sığmır.

Biz saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha bildiririk ki, Nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsində, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır", - İ.İbrahimova qeyd edib.

Mətbuat katibi əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağacın əkilməsi buna sübutdur: "Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".


www.leqal.info

Teqlər: Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İradə İbrahimova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI