Leqal.Info

SON DƏQİQƏ

Akif Əlizadə və Misir Mərdanovun səlahiyyət müddəti başa çatıb - TAM SİYAHI

Akif Əlizadə və Misir Mərdanovun səlahiyyət müddəti başa çatıb
11-06-2019, 15:00 54 545 dəfə baxılıb

AMEA-nın 6 bölmə üzrə fəaliyyət göstərən 17 institutunun direktorlarının səlahiyyət müddəti bitib.

“Leqal.info” xəbər verir ki, onların arasında AMEA prezidenti Akif Əlizadənin, sabiq Təhsil naziri Misir Mərdanovun, deputat Rafael Hüseynovun, deputat Gövhər Baxşəliyevanın da adı var.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Fizika İnstitutu - Nazim Məmmədov

İdarəetmə Sistemləri İnstitutu - Telman Əliyev

Riyaziyyat və Mexanika İnstitutu – Misir Mərdanov

İnformasiya Texnologiyaları İnstitutu - Rasim Əliquliyev

Biofizika İnstitutu – Oktay Qasımov (direktor vəzifəsini icra edən)

Kimya Elmləri Bölməsi üzrə:

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu - Dilqəm Tağıyev

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu - Vaqif Fərzəliyev

Yer Elmləri Bölməsi üzrə:

Geologiya və Geofizika İnstitutu - Akif Əlizadə

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu – Ulduz Həşimova

Mərkəzi Nəbatat Bağı - Vahid Fərzəliyev (direktor vəzifəsini icra edən)


Humanitar Elmlər Bölməsi üzrə:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu - İsa Həbibbəyli
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu - Teymur Kərimli
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - Rafael Hüseynov
Hüseyn Cavidin Ev Muzeyi- Gülbəniz Babaxanlı

İctimai Elmləri Bölməsi üzrə:

Fəlsəfə İnstitutu - İlham Məmmədzadə
Milli Azərbaycan Tarixi Muzeyi - Nailə Vəlixanlı
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu - Gövhər Baxşəliyeva

Xatırladaq ki, Akademiyanın Rəyasət Heyətinin bütün üzvlərinin seçkiləri beş ildən bir keçirilir.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elan verilib. Direktor vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, həmin bölmədən olan üzvlər və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.


www.leqal.info

Teqlər: Akif Əlizadə, Misir Mərdanov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI