44 günlük müharibə zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə Leqal.info Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Suqoşuvan istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 662-yə çatıb.