“Leqal.info” “TASS”a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda koronavirusun azı 110 ölkədə artdığını bildirir.
Bu səbəbdən də, bir neçə ölkə yenidən koronavirus əleyhinə tədbirlərə qayıdır.
Beləliklə, Kipr Respublikasında iyulun 8-dən ictimai yerlərdə 12 yaşından böyük hər kəs mütləq qaydada maskadan istifadə etməlidir. Sözügedən qərar mayın 31-i ləğv olunmuşdu.
Bununla yanaşı, Pakistanda da iyunun 28-dən daxili aviareyslərdə maska taxmaq tələbi qüvvəyə minib.
Xatırladaq ki, bir neçə gün əvvəl Qətərdə də COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska taxmaq məcburi olub