Leqal.info AP News-a istinadən xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Sərinin bildirdiyinə görə, hücumların hədəfi Qırmızı dəniz sahilində yerləşən Yanbu və Cizan şəhərlərindəki, dünyanın ən böyük neft şirkətlərindən biri olan "Saudi Aramco"ya məxsus obyektlər olub.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti hər iki şəhərdə hava həyəcanı siqnallarının işə düşdüyünü təsdiqləsə də, mümkün dağıntılar və ya itkilərlə bağlı əlavə məlumat verməyib.
Hücumlar Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Bu boğaz dünya ticarəti üçün strateji əhəmiyyət daşıyır və qlobal yük daşımalarının təxminən 12 faizi buradan keçir.
Leqal.info