Leqal.info xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata əsasən, Desnyanski rayonunda anbar yanıb, həmçinin avtodayanacaqda 10 minik avtomobili və bir yük maşını tamamilə külə dönüb. Şevçenkovski rayonunda istifadəsiz vəziyyətdə olan dördmərtəbəli binada yanğın baş verib.
Kiyev meri Vitali Kliçko bildirib ki, Şevçenkovski rayonunda pilotsuz uçuş aparatının qalıqları 18 mərtəbəli yaşayış binasının üzərinə düşüb. Nəticədə binanın 7 və 8-ci mərtəbələrində yanğın baş verib.
İlkin məlumata əsasən, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.
Leqal.info