Bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

"Leqal.info" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib,

“Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”, – deyə o, qeyd edib.