"Bu gün tanınmış lider Heydər Əliyevlə bağlı bu tədbirdə iştirak etməyə şadam. Heydər Əliyev qlobal səviyyədə tanınmış lider idi. Azərbaycan və Albaniyanın oxşar tarixi var: hər iki ölkə Sovetlərin, proletariatın tərkibində olub”.

Leqal.info xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Albaniya Prezidenti Bayram Beqay çıxışı zamanı deyib.
O bildirib ki, hər iki ölkə totalitarizm dövründə həyatın necə olması və daha sonra bərpa prosesini yaxşı anlayır, çünki bunu yaşayıblar: “Azərbaycanın lideri var idi. Heydər Əliyev münaqişə dövründə çətinliklərin öhdəsindən gəldi, islahatlar apardı, yeni qlobal tərəfdaşlıqlar yaratdı və xalqın inamını qazanmağa nail oldu. Bu, həmişə mümkün olmur. Xüsusilə də keçid dövrü yaşayan, fərqli iqtisadi sistemlərdən keçən ölkələr üçün asan olmur.


Leqal.info
Albaniya Prezidenti: “Heydər Əliyev Azərbaycan xalqının inamını qazanmağa nail oldu”