Bolt sürücüləri fəaliyyətləri zamanı bir sıra yanlışlıqlara yol verirlər.

Bolt taksi şirkətinin sürücülərinin son zamanlarda fəaliyyətləri zamanı yol verdiyi yanlışlıqlardan biri də müştərini olduğu ünvandan götürərkən taksini müştərinin olduğu yolda deyil, əks istiqamətdə saxlamasıdır. Bu, həmçinin müştərini getmək istədiyi ünvana çatdırarkən də olur.

Bu kimi hallar müştərilər üçün narahatlıq yaradır. Belə ki, taksi sürücüləri avtomobili lazım olan yerdən bir az aralı və ya əks istiqamətdə saxlayanda müştərilər müəyyən bir məsafəni piyada getməli olurlar.

Sözügedən hallarda bəzən taksi sürücülərinin özləri səhv olduqları halda müştərilərin yanlışlıq etdiyini bildirməsi isə qəbuledilməzdir.

Ümid edirik ki, Bolt taksi şirkətinin sürücüləri və eləcə də digər taksi sürücüləri fəaliyyətlərindəki yanlışlıqları düzəldərlər.

Leyla Kamil
Leqal.info