Bu hansısa bir xalq tamaşasının adı deyil bu düppədüz sərvət talanması, haqq istismarı və özbaşınalığın vücud tapmış halıdır.

Leqal.info sözügedən mövzu ilə əlaqədar apardığı araşdırmanı izləyicilərə təqdim edir.

Belə ki, paytaxtın Yeni Günəşli qəsəbəsində keçmiş Suraxanı icra başçısı İlqar bəyin qardaşına məxsus Mokka adlı 3 mərtəbəli dəbdəbəli çayxana, qəlyanxana fəaliyyət göstərir. Çox gözəl çiçəklənən ölkəmdə bu tip mənzərələr normaldır deyibən məndə bu obyektin xidmətlərindən bəhrələnmək adına oturub bu obyektdə mədəni istirahət etmək istədim. Etdim də lakin məsələ burasında deyil, məsələ bir də görünməyən tərəfdir. Bir də baxıb gördüm ki, burada əməlli-başlı sərvət yatır. Hektarıarla torpaq zəbt olunaraq hasara alınıb boş elə boşca yatır orada. Dedim məsləni bir işıqlandırım lakin gördüm deyən olmadı hamı lal bir sükuta qərq olundu. Sözügedən ərazi həmin qəlyanxana ilə Xanım Fatimeyi Zəhra məcsidinin ta qovşağında yerləşir. Di gəl namaz qılıb oranı tərk edənə başa sal ki, nə var halalda var halal yeyin səbr edin bu nağıllara kim inanacaq şəxsən mən inanmadım bəs siz?

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

Leqal.info Araşdırma Qrupu