Bu hər hansısa uzaq şərq filminin adı və ya etdiyi tryuk deyil gerçəkliyin aynasıdır.

Leqal.info mövzu ilə əlaqədar araşdırma apardığı məqaləni izləyicilərə təqdim edir.

Belə ki, əziz və dəyərli izləyicilər bu dəfəki müsahibimiz qorxudan rəngi saralmış adi ölkə vətəndaşıdır. İlk başlar çənə məsələni danışanda Sumqayıtda yaşayan olmadığının yolunun sadəcə oraya müvəqqəti düşdüyünü anladım. Bu qardaş deməli uzun məsafə qət edərək yol alıb 20 yanvar metrosunun çıxışından bir tövsiyyəyə əsasən yolçuluğuna başlayıb, elə olanlar bu andan olmağa başlayıb, macəralar macəralar. Qardaş bilməyib ki, cəngəlliyə düşüb, ya da tarzanın maşınına minib deyir elə bildim çitanın belində uçuram. Birdə şirin-şirin danırdı ki, adam bilmirdi gülsün ya ağlasın. Deyir qardaş sürücü bir sağ bir sol, bir aşağı bir yuxarı deyir düşəndə hələ inanmırdım ki, iç orqanlarım yerindədir. Nəysə gördüm qardaş həyəcanlıdır day çox danışdırmadım. Yazığım gəldi.

P.S. Ay taksi qardaşlar sizində yazığınız gəlsin birinci özünüzə sonra bizə.

Elvin Mahmudlu
Leqal.info