Gürcüstanın xarici işlər naziri David Zalkaliani istefa verib.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, D.Zakaliani Gürcüstanın ABŞ-da səfiri olacaq.

İ.Qaribaşvili deyib ki, xarici işlər naziri vəzifəsinə İlya Darçiaşvili təyinat alıb.

Qeyd edək ki, İ.Darçiaşvili ötən ilin martından Gürcüstanın hökumət administrasiyasının rəhbəri olub. O, təyinatdan öncə Gürcüstanın Polşada səfiri işləyib. Onun diplomatik xidmətdə çoxillik təcrübəsi var.