“Leqal.info” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Markaryan və onun ailə üzvləri iyulun 14-də Baş Prokurorluqda olmalıdırlar. Adıçəkilən şəxslər qanunsuz yolla əldə edilmiş əmlakla bağlı sorğu-sual ediləcəklər.
Kostanyan isə iyulun 19-da Baş Prokurorluqda dindirilməlidir.
Xatırladaq ki, hər iki sabiq məmur barəsində cinayət işi açılıb.