Belçikanın xarici işlər naziri və baş nazirin müavini Sofi Vilmes istefa verib.

"Leqal.info" xarici mediaya istinadən bildirir ki, Sofi Vilmes xərçəngə tutulan həyat yoldaşına daha yaxşı qulluq edə bilmək üçün bu addımı atıb.

"Həyat yoldaşımın xəstəliyi çətin mübarizə tələb edir. Bu mübarizədə onun və uşaqlarımızın yayında olmaq istəyirəm. Hökumətdəki hazırkı vəzifələrim bunu etməyə icazə vermir", - deyə nazir qeyd edib.