Yaponiyanın Baş naziri Fumio Kisidanın koronavirus testi müsbət çıxıb.

“Leqal.info” xəbər verir ki, bu barədə “Fuji” telekanalı məlumat yayıb.

Hökumət dairələrindəki mənbənin sözlərinə görə, Yaponiya hökumətinin başçısının bir gün əvvəl yüngül qızdırması və öskürəyi olub.

PCR testinin nəticəsi Yaponiyanın Baş nazirinin koronavirus infeksiyasına yoluxduğunu təsdiqləyib.
Xatırladaq ki, Fumio Kisida 2021-ci ilin payızında Yaponiya hökumətinə rəhbərlik edib.