Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri tezliklə Rusiya ilə mövcud olan viza sazişini dayandıra bilərlər.

"Leqal.info" xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Söhbət 2007-ci ildə Rusiya ilə Aİ arasında bağlanmış sazişin qvvədən düşməsindən gedir. Sazişin fəaliyyəti avqustun 30-da, Praqada nazirlərin iki günlük görüşü zamanı dayandırılacaq.