Ermənistan parlamentinin deputatları Türkiyənin İzmir şəhərinə səfər edəcəklər.

“Leqal.info” “Armenpress”ə istinadən xəbər verir ki, erməni deputatlar Eduard Ağacanyan və Armen Gevorkyan İzmirdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak edəcəklər.

Qeyd edək ki, AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclası sentyabrın 21-dən 24-nə qədər baş tutacaq.