“Leqal.info” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Arzumanyanın vəkili Erem Sarkisyan açıqlayıb.
Onun sözlərinə görə, məhkəmə Arzumanyanın həbs edilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. Arzumanyan avqustun 31-i sərbəst buraxılmışdı.
Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olaraq fəaliyyət göstərib.