İsrailin müdafiə naziri Benni Qantz Herzi Halevini Baş Qərargah rəisi vəzifəsinə təyin edib.

"Leqal.info" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Halevi 1985-ci ildən İsrail Müdafiə Qüvvələrində xidmət göstərir. 2009-cu ildə Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəetmə Departamentinə rəhbərlik edib.

2014-cü ildə Ordu Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.