Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

“Leqal.info” xarici KİV-ə istinadən xəbər verir ki, qanuna görə, Qazaxıstanda prezidentlik müddəti 7 illə məhdudlaşdırılıb.

Eyni zamanda, müvafiq qanunla Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.